Elm və təhsil
Uşaq bağçaları ilə bağlı lisenziya tələblərinə yenidən baxılmalıdır - Samir Vəliyev
"Təqdirə layiq haldır ki, bu gün Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsilin əhatəliyinin artırılması istiqamətində ciddi addımlar atır. Lakin bu istiqamətdə bir sıra əngəllər var. Heç kimə sirr deyil ki, Bakı şəhərində və eləcə də respublikamızın ayrı-ayrı bölgələrində yüzlərlə, körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Lakin onların böyük bir qisminin xüsusi razılıq-lisenziyası olmadığı üçün onlar müxtəlif adlar altında (məsələn, tədris mərkəzi, təhsil mərkəzi, kurs və.s) faktiki olaraq körpələr evi-uşaq bağşasının funksiyasını həyata keçirirlər".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat əlavə edib: "Orada təhsil və təlim – tərbiyə alan minlərlə uşağın məktəbəqədəri bitirməsini özündə əks etdirən real statistikaya daxil olmaması deməkdir. Bu növ fəaliyyəti Elm və Təhsil Nazirliyi tərəfindən körpələr evi - uşaq bağçası kimi lisenziyalaşdırması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı imkan vermir. Həmin qərarda nəzərdə tutulan "Məktəbəqədər təhsil müəssisələrinin tikintisi’’nə dair olan hissəsinə yenidən baxılmasını vacib hesab edirik".
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR













.jpg)























