Elm və təhsil
Beynəlxalq reytinqdə Azərbaycan universitetlərinin sayı 28-ə yüksəlib - SİYAHI
İlk dəfə 28 Azərbaycan universiteti “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub.
Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu reytinq universitetlərin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.
"Bu il sözügedən reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir. Sözügedən 28 universitetdən 25-i ümumi reytinq cədvəlində yer alır.
Reytinqə daxil olan universitetlərin sayı ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təxminən 60 %-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə orta hesabla 5–35 % arasında dəyişir. Bu baxımdan Azərbaycanın nəticəsi həm regional, həm də beynəlxalq kontekstdə diqqətəlayiqdir.
Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401–600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır.
Ümumilikdə isə Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə DİM 1 – Yoxsulluğa son və DİM 10 – Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb", - məlumatda qeyd olunub.

-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)


























