Elm və təhsil
NASA müəmma ilə üz-üzə qalıb: 60 il əvvəl...
Təxminən 60 il əvvəl xidmətdən çıxarılan NASA peyki qəfildən radio siqnalı yayıb.
Publika.az xəbər verir ki, bu barədə "arXiv" platformasında dərc edilən araşdırmada deyilir.
Bildirilir ki, 2024-cü ilin yayında aşkar edilən sirli radio siqnalı Kurtin Universitetində (Avstraliya) astronomları çaşdırıb. Partlayış yaxın sahədə vaxt gecikməsi analizindən istifadə edərək lokallaşdırılıb və onun mənbəyi uzun müddət istismardan çıxarılan Amerika peyki "Relay 2" olduğu ortaya çıxıb.
Bildirilir ki, "Relay 2" telekommunikasiya peyki NASA tərəfindən 1964-cü ildə buraxılıb. O, 9 iyun 1967-ci ildə iki transponderin sonuncusu sıradan çıxdıqdan sonra fəaliyyətini dayandırıb. Avstraliya alimləri hesab edirlər ki, “ölü” peyk kosmik tullantılarla toqquşma və ya elektrostatik boşalma nəticəsində siqnal ötürüb.
Siqnal çox qısa idi, cəmi 30 nanosaniyə davam edib.
"Biz çox həyəcanlandıq, yeni pulsar və ya başqa bir şey tapa biləcəyimizi düşünürdük, lakin onların təhlili onun mənbəyinin kosmosda sürüklənən "Relay 2" olduğunu təsdiqlədi.", - astronom Klensi Ceyms deyib.
Adəm
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)


























