Elm və təhsil
Azərbaycanda rus dilini bu dil əvəzləyəcək
Rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji baxımdan Azərbaycanın təhsil sistemində aktuallığını saxlayır. Bugünkü dünyada gələcəyin dili nə rus dilidir, nə də keçmişin ideoloji mirasıdır. Bizə bu gün – texnologiyanın, süni intellektin, rəqəmsal iqtisadiyyatın hökm sürdüyü bir dövrdə Çin dili lazımdır.
Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspert bildirib ki, Azərbaycan məktəblərində rus bölmələrinin saxlanması sadəcə keçmişə bağlılıq və inersiyadır:
“Amma Çin bölmələrinin yaradılması gələcəyə baxmaq, ticarət, innovasiya, enerji, mühəndislik, robot texnikası və beynəlxalq əməkdaşlıq üçün qapı açmaqdır. 2023-cü ildə dünyanın ən çox danışılan dili Çin dili olub. Çin bu gün dünya texnologiya bazarının 28%-nə sahibdir. Azərbaycan bu bazardan pay almaq istəyirsə, təhsil sistemini yenidən qurmalı, rus deyil, çinyönlü strateji model qurmalıdır.
Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır. Çünki biri keçmişin yadigarıdır, digəri gələcəyin açarı.
Bu sadəcə dil məsələsi deyil — bu, strateji seçimdir. Texnologiya dövründə rus dilinə deyil, Çin dilinə investisiya etməliyik.
Gələcəyin bazarı Şərqdədir. Qərbi imitasiya edib Şərqi unudanlar gələcəyi itirir. Ona görə də Çin dili bölmələri açın, rus bölmələrini tarixə yollayın”.
-
Ekologiya20:12Bakı və Abşeron yarımadasında dolu yağacaq - Xəbərdarlıq
-
Nida Təhlil 19:20Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar
-
Rəsmi xronika19:05Əliyev, Ərdoğan, Mirziyoyev və Pezeşkian Bişkekdə bir araya gəldilər - Foto
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi

























.jpg)












