Elm və təhsil
Magistraturada bu ədəbiyyata yer ayrılmadı - Günahkar kimdir?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Publika.az-a bildirildi ki, ali təhsil müəssisələri üçün ayrılan plan yerlərini DİM müəyyən etmir:
"DİM sadəcə ayrılmış plan yerləri üzrə tələbə qəbulu aparır. Plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq olunur və DİM-ə göndərilir. Bu məsələlər DİM-in səlahiyyət dairəsinə aid deyil".
xxx
15:00
Magistraturaya qəbul üçün fars və türk ədəbiyyatlarına yer ayrıldığı halda, ərəb ədəbiyyatına yer ayrılmayıb.
Publika.az xəbər verir ki, bu barədə professor Aida Qasımova sosial şəbəkə hesabında yazıb.
“Bu yaxınlarda keçmiş tələbələrimdən üç nəfər mənimlə əlaqə saxlayıb sevinclə magistraturaya qəbul üçün lazımi bal yığdıqlarını bildirdilər. Düz üç nəfər. Məhz mənə görə, mənim təcrübəmdən faydalanmaq üçün magistraturada ədəbiyyatı seçəcəklərini dedilər. Bu gün məlum olur ki, magistraturada fars və türk ədəbiyyatlarına yer ayrıldığı halda, ərəb ədəbiyyatına yer ayrılmayıb.
Ərəb ədəbiyyatına bir ixtisas kimi bu düşmənçiliyin səbəbini başa düşmürəm. Neçə illərdir ərəb ədəbiyyatı üzrə doktoranturaya da yer ayrılmır. Bu öz yerində. Ərəb ədəbiyyatı üzrə magistratura artıq bu il bağlanmaq səviyyəsinə çatdı. Bunu kim edir? Məqsəd nədir? Niyə fars və türk ədəbiyyatlarına yer verilir, ərəb ədəbiyyatına yox?
Fakültədən deyirlər ki, biz yer istəyirik, Dövlət İmtahan Mərkəzi vermir. Yaxşı, necə olur ki, türk ədəbiyyatına, fars ədəbiyyatına yer verirsiniz, ərəb ədəbiyyatına yox? Bunun arxasında cılız insan qısqanclığımı dayanır, yoxsa bu, iyrənc bir siyasətdir? Bu fənnə olan qısqanclıq, düşmənçilik haradan, nədən qaynaqlanır? Məntiqlə, bu fənnə xüsusi qayğı olmalıdır. Ərəb ölkələrinin geosiyasi mövqeyi, bu ölkələrlə dostluq əlaqələrimiz, bu fənnin görkəmli alimlərin adı ilə bağlılığı unudulurmu? Niyə məhz ərəb ədəbiyyatı üzrə magistraturanı ləğv edirsiniz?”, - professor qeyd edib.

-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq







.jpg)


























.jpg)
