Elm və təhsil
Müəllimlərin sertifikatlaşdırılmasının nəticələri - Nazir rəqəmləri açıqladı
“2025-ci ildə ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin nəticələri açıqlanıb. Belə ki, ilk dəfə keçirilən bu test mərhələsində ümumilikdə təxminən 19 min müəllim iştirak edib. Müxtəlif fənlər üzrə aparılan qiymətləndirmə nəticələri müəllimlərin bilik və bacarıq səviyyəsini, eləcə də təkmilləşməyə ehtiyac duyulan istiqamətləri müəyyənləşdirib”.
Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxış edib.
Nazir bildirib ki, bu nəticələr ölkədə təhsilin keyfiyyətinə birbaşa təsir edən müəllim amilini daha sistemli və obyektiv şəkildə analiz etməyə şərait yaradır.
Nazirin təqdim etdiyi statistikaya əsasən, alman dili müəllimləri 100 faiz nəticə ilə fərqlənib. Bu fənn üzrə iştirak edən 19 nəfərin hamısı imtahanı müvəffəqiyyətlə keçib. Ən çox iştirakçı sayı isə ibtidai sinif müəllimlərinə aiddir – 810 nəfər. Onların 92 faizi uğur qazanıb və bu istiqamət üzrə ən yüksək orta nəticə 48 bal qeydə alınıb.
Dil fənləri üzrə nəticələrə baxıldıqda Azərbaycan dili müəllimlərinin 97 faizi uğur qazanıb, yalnız 3 faizi təkmilləşdirməyə ehtiyac duyur. Azərbaycan dili və ədəbiyyat fənnində bu göstərici 85 faiz təşkil edir. Fransız dili üzrə nəticələr nisbətən aşağıdır – iştirakçıların 21 faizi zəif nəticə göstərib.
Sertifikatlaşdırma prosesinə bu il ilk dəfə cəlb olunan biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə nəticələr də açıqlanıb. Biologiya fənni üzrə 3 436 müəllimdən 83 faizi, kimya üzrə 2 509 müəllimdən 85 faizi, fizika üzrə 3 541 müəllimdən 88 faizi uğur əldə edib. 3 419 coğrafiya müəlliminin 90 faizi, 3 355 informatika müəllimlərinin 86 faizi test mərhələsini uğurla tamamlayıb.
Orta bal göstəricilərinə əsasən liderlik edən fənlər sırasında ibtidai sinif (48 bal), Azərbaycan dili (47 bal) və coğrafiya (46 bal) fənləri yer alır.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































