Elm və təhsil
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır
18 iyul saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 25 iyul saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
əlumat üçün bildiririk ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.
Bildirilib ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi







.jpg)
























.jpg)
