Elm və təhsil
Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer aldı
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” tərəfindən 2026-cı il üçün dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi elan olunub.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən reytinq xarici tələbələr üçün yaşamaq və təhsil almaq üzrə dünyanın ən yaxşı şəhərlərinin siyahısını müəyyən edir.
Ümumilikdə 58 ölkədən 150 şəhərin daxil olduğu 2026-cı ilin reytinqində Bakı şəhəri 117-ci mövqedə təmsil olunur. Sözügedən reytinqin 2023-cü il buraxılışında Bakı şəhəri 126-cı mövqedə yer alıb, 2024 və 2025-ci illərin buraxılışında isə reytinqdə təmsil olunmayıb.
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi”ndə təmsil olunan yeganə ölkədir. Mərkəzi Asiya regionu ilə müqayisədə isə Qazaxıstanın Almata şəhərindən sonra (91-ci mövqe) Bakı şəhəri 2-ci sıradadır. Belə ki, müvafiq region üzrə reytinqə daxil olan Astana şəhəri (Qazaxıstan) 127-ci, Bişkek şəhəri (Qırğızıstan) isə 138-ci mövqedə yer alıb.
Qiymətləndirmə zamanı şəhərin arzuolunanlığı (ətraf mühit və təhlükəsizlik), əlverişliliyi (təhsil haqları və ümumi yaşayış xərcləri), tələbələrin şəhərin əhalisi üzrə payı, tolerantlıq və inklüzivliyə görə şəhərin nüfuzu, məşğulluq imkanları, “QS dünya universitetlərinin reytinqi”ndə şəhər üzrə təmsil olunan universitetlərin sayı, o cümlədən şəhərdə yaşayıb təhsil almış tələbələrin fikirləri kimi meyarlar təhlil olunur.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































