Elm və təhsil
Misirli tələbələr Azərbaycan dilini öyrəndilər - FOTO
Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili kurslarında təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə diplom və sertifikatlar təqdim olunub.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-a müsahibəsində rəhbərlik etdiyi qurumun nəzdində Xalqlar Dostluğu Akademiyasının yaradıldığını bildirib. O qeyd edib ki, Akademiya təhsil, elm və incəsənət məsələləri ilə məşğul olur.
S.Nəsirov diqqətə çatdırıb ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının və mədəniyyətinin təbliği ilə məşğuldur. “Fəaliyyətimizin əsas istiqaməti ölkəmizi burada yüksək səviyyədə təbliğ etməkdir. Xalqımızın tarixi və mədəniyyəti ilə bağlı araşdırmalar aparmışıq. Bu sahədə iki kitabımızı nəşr etdirmişik. Hazırda tədqiqatlarımızı davam etdiririk. Azərbaycanla ərəb dünyası arasında əlaqələrin inkişafına töhfə verməyi qarşımıza məqsəd qoymuşuq”, - deyə Seymur Nəsirov bildirib.
İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 2700-ə yaxın tələbə təhsil alıb və hazırda 60 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Misirin müxtəlif yerlərindən gəlib Azərbaycan dilini öyrənənlər var. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.
S.Nəsirov qeyd edib ki, Azərbaycan dili Misirin bir neçə universitetində tədris olunur. O və diaspora fəalı İnarə Osmanova misirli tələbələrə dilimizi və ədəbiyyatımızı həvəslə öyrədirlər.
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı







.jpg)

























.jpg)
