Elm və təhsil
Kosmik çöküş başladı, kainatın sonu gəlir: Hər şey əriyib yox olacaq - Tarix açıqlandı
Alimlər ilk dəfə olaraq kosmosun çökəcəyi tarixi hesablayıblar. Onların sözlərinə görə, kainatın sonu düşündüyümüzdən daha fərqli və qaçılmazdır.
Publika.az xəbər verir ki, Kornell Universitetindən professor Henri Tye və onun komandasının apardığı tədqiqat kainatın gələcəyi ilə bağlı qorxulu ssenarini ortaya qoyub.
Tədqiqata görə, 13,8 milyard il əvvəl Böyük Partlayış ilə genişlənməyə başlayan kainat artıq yeni bir hadisəyə qədəm qoyur. Mütəxəssislər bildirirlər ki, bu genişlənməni təmin edən qaranlıq enerji getdikcə güc itirir. Bu da "Böyük Böhran" adlanan əks prosesin başlamasına səbəb olacaq və kainat öz içində çökəcək.
Alimlərin hesablamalarına görə, əvvəlcə qalaktikalar sürətlə bir-birinə yaxınlaşacaq, sonra temperatur yüksəlməyə başlayacaq, planetlər və ulduzlar əriyib yox olacaq.
Komanda bu prosesin təxminən 11 milyard il sonra başlayacağını, ardınca isə 8,5 milyard il davam edən çökmə mərhələsinin olacağını hesablayıb. Bu, kainatın ümumi ömrünün təxminən 33,3 milyard il olacağı deməkdir.
Bəşəriyyət olaraq biz bu kosmik fəlakətdən hələ çox uzaqdayıq, lakin bu nəticələr kainatın sonsuz olmadığı və qaranlıq enerji tarazlığının dəyişdiyi reallığını ortaya qoyur.
Roza
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































