Elm və təhsil
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatdı
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb, 1500-dən çox tələbə ali təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək üçün müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, 2025–2026-cı tədris ili üzrə tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu 15-22 iyul tarixlərində portal.edu.az platforması üzərindən həyata keçirilib.
Hazırda köçürülmə prosesinin növbəti - müəssisə tərəfindən qiymətləndirmə mərhələsi başlayıb. Bu mərhələdə təqdim edilmiş müraciətlər təhsil müəssisələri tərəfindən araşdırılır və müvafiq qərarlar qəbul edilir.
Təhsil müəssisəsi tərəfindən müsbət qərar verildiyi halda, tələbənin şəxsi kabinetində “Təsdiq et” və ya “İmtina et” düymələrindən birini seçməsi tələb olunur. Tələbə “Təsdiq et” düyməsini seçərək yerdəyişməyə razılıq verdiyi halda, proses rəsmiləşdirilmiş hesab olunur. Əks halda, müraciət qüvvədən düşür.
Bu səbəbdən tələbələrə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.
Qeyd edək ki, imtina cavabı alan şəxslər nəticələrin elan edilməsindən sonra 2 təqvim günü ərzində apellyasiya müraciəti təqdim edə bilərlər.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































