Elm və təhsil
Ürək xəstələrinə şad xəbər: Əməliyyatsız, ağrısız müalicə
ABŞ-ın İllinoys ştatındakı Şimal-Qərb Universitetinin alimləri ənənəvi kardiostimulyatorlarla müqayisədə ürək xəstəliklərinin müalicəsində inqilab edəcək cihaz hazırlayıblar.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir düyü dənəsindən kiçik olan yeni nəsil kardiostimulyator sadəcə bir şprisdən istifadə etməklə əməliyyat olmadan birbaşa ürək toxumasına yeridilə bilər.
Məlumata görə, simsiz cihaz qan və digər bədən mayeləri ilə qarşılıqlı əlaqədə öz enerjisini yaradır. Funksiyasını yerinə yetirdikdən sonra orqanizm tərəfindən sovrulur və tullantı kimi xaric olur. Yeni cihaz sinə üzərində xaricdən yerləşdirilmiş kiçik sensorla birlikdə işləyir.
Ürəkdə nizamsızlıq aşkar edildikdə, bu sensor infraqırmızı işıqla kardiostimulyatoru aktivləşdirir, ürək ritmini normal vəziyyətə gətirir. Lazım olduqda isə yenidən yandırıla və söndürülə bilər.
Bildirilib ki, yeni cihaz heyvanlar üzərində aparılan tədqiqatlarda uğurlu olub. İnsan sınaqlarının isə bir neçə il ərzində başlayacağı gözlənilir.
Qeyd edək ki, araşdırma “Nature” jurnalında dərc olunub.
Roza
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































