Elm və təhsil
Bu heyvanlar şizofreniyanı müalicə edə bilərlər: Alimlərdən inqilabi addım
Fransız tədqiqatçılar lamalardan əldə edilən xüsusi antikorlardan istifadə edərək şizofreniyanın müalicəsi üçün yeni və ümidverici üsul hazırlayıblar.
Publika.az xəbər verir ki, tədqiqatçılar immun sisteminə məxsus xüsusi zülal fraqmentləri olan “nanobadi”lərdən istifadə edərək beyində sinir ötürülməsini tənzimləyən neyrotransmitterləri hədəf alıblar.
Bu kiçik molekul birbaşa beyin hüceyrələrinə çata bilib. Siçanlar üzərində aparılan təcrübələr zamanı molekulun bir dəfə vurulmasından sonra koqnitiv funksiyalar yaxşılaşıb və bu təsir bir həftə davam edib.
Tədqiqatın aparıldığı Funksional Genomika İnstitutu bu işin zamanla təkcə şizofreniya deyil, digər nevroloji xəstəliklər üçün də yeni müalicə üsullarına yol aça biləcəyini açıqlayıb.
Qeyd edək ki, lamadan əldə edilən antikorlar daha əvvəl COVID-19 və oxşar viruslarla mübarizədə təsirli olub. Ümumiyyətlə, lamalar və dəvələr unikal immun sistemləri sayəsində elmi araşdırmalarda tez-tez istifadə olunur.
Roza
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















