Elm və təhsil
ABŞ-da təhsil alacaq azərbaycanlı tələbələrin sayı açıqlandı
Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-də təhsil alacaq.
Publika.az xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.
Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:
• Kaliforniya Universiteti, Berkeley (University of California, Berkeley) – 16 nəfər
• Kolumbiya Universiteti (Columbia University) – 14 nəfər
• Con Hopkins Universiteti (Johns Hopkins University) – 8 nəfər
• Stanford Universiteti (Stanford University) – 4 nəfər
• Çikaqo Universiteti (University of Chicago) – 4 nəfər
• Karnegi Mellon Universiteti (Carnegie Mellon University) – 4 nəfər
• Yale Universiteti (Yale University) – 4 nəfər
• Micigan Universiteti – Enn Arbor (University of Michigan-Ann Arbor) – 3 nəfər
• Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology – MIT) – 2 nəfər
• Kaliforniya Universiteti - Los Anceles (University of California, Los Angeles – UCLA) – 2 nəfər
• Manhattan Musiqi Məktəbi (Manhattan School of Music) – 2 nəfər
• Pensilvaniya Universiteti (University of Pennsylvania) – 2 nəfər
• Harvard Universiteti (Harvard University) – 1 nəfər
• Duke Universiteti (Duke University) – 1 nəfər
Dövlət Proqramı çərçivəsində əvvəlki illərdə ABŞ-də təhsil alanların sayı belə olub:
• 2022/2023 – 26 nəfər
• 2023/2024 – 51 nəfər
• 2024/2025 – 109 nəfər
Qeyd edək ki, 2022/2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dəki universitetlərə qəbul olub.
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı







.jpg)



























.jpg)