Elm və təhsil
Qarabağ Universiteti yeni uğur - FOTO
Avqustun 15-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci il Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb. Maraqlı və rəqabətli mübarizə şəraitində keçən yarışın qalibi Qarabağ Universitetinin “Enactus” komandası olub.
Qarabağ Universitetindən Publika.az-a bildirilib ki, respublika üzrə 24 universitet komandasının qatıldığı yarışın yarımfinal mərhələsinə 12, final mərhələsinə isə 6 komanda yüksəlib. Finalda Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları layihələrini təqdim edib və münsiflərin suallarını cavablandırıblar.
“Enactus Azərbaycan”ın İdarə Heyəti üzvlərindən ibarət münsiflər heyətinin qərarına əsasən, Qarabağ Universitetinin “Enactus” komandası fərqlənərək birinci yerə layiq görülüb. Qələbə sayəsində Qarabağ Universitetinin “Enactus” komandası 2025-ci ilin 25-28 sentyabr tarixlərində Tailandda keçiriləcək Enactus Dünya Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Dünya Kubokunda iştirak Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
Qeyd edək ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platforması hesab edilir. Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























