Elm və təhsil
Ən yüksək bal toplayan abituriyentlər bu ixtisas və universitetlərə qəbul oldular - SİYAHI
Ali təhsil müəssisələrinə qəbul imtahanında hər ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlər qəbul olduqları ixtisas və universitetlər məlum olub.
Publika.az siyahını təqdim edir.
I ixtisas qrupu üzrə ən yüksək nəticəni, 693 balı Neftçala rayonunun Qədimkənd kənd orta məktəbinin məzunu Müşfiq Əlili toplayıb. O, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub.
II ixtisas qrupu üzrə ən yüksək nəticəni 680 balı Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu Xədicə İsmayılzadə göstərib. O, Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub və təhsilini ingilis dilində davam etdirəcəyini bildirib.
III ixtisas qrupu üzrə 697.5 bal toplayan Çiçək Hümmətli isə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub.
IV ixtisas qrupu üzrə rekord göstərici 700 bal Şəki məktəblisi Orxan Abdulsəlimliyə məxsusdur. O, Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub.
Qeyd edək ki, bu abituriyentlərin hamısı təhsillərini ingilis dilində alacaqlar.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














