Elm və təhsil
DİM ali məktəblərə qəbul nəticələri ilə bağlı suallara aydınlıq gətirdi - FOTO
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunub. Müsabiqədə iştirak etmiş hər bir abituriyent DİM-in internet saytına daxil olaraq müsabiqənin nəticəsi ilə ətraflı tanış olmaq imkanına malikdir.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirib.
Qeyd edilib ki, bununla yanaşı, müsabiqə nəticəsinə dair arayışda qeyd olunmuş ballar barədə bir sıra abituriyentlər tərəfindən Mərkəzə müxtəlif suallar daxil olub. Mərkəz bu müraciətlərə aydınlıq gətirərək ən çox ünvanlanan suallara cavab verib.
DİM-dən bildiriblər ki, bir abituriyent qeyd edib ki, qəbul imtahanında 150-dən çox bal toplasa da, seçdiyi ixtisasa qəbul ola bilməyib. DİM-in açıqlamasına görə, sözügedən ixtisasa qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Dövlət sifarişi ilə ayrılan yerlərin təhsil müəssisələri arasında bölüşdürülməsi əvvəlcədən müəyyən olunmur və yalnız abituriyentlərin seçimlərinə əsasən müsabiqə nəticəsində formalaşır. Həmin ixtisas üzrə dövlət sifarişli yerlər digər ali məktəblər tərəfindən doldurulduğu üçün abituriyentin seçdiyi təhsil müəssisəsində yer qalmayıb.
Başqa bir müraciətdə isə 454 bal toplamış abituriyent seçdiyi ixtisasa qəbul ola bilmədiyini bildirib. DİM-dən verilən izaha görə, bu halda da həmin ixtisas üzrə dövlət sifarişi ilə ayrılan yerlər başqa ali təhsil müəssisələrində dolub. Bundan əlavə, həmin ixtisas üzrə subbakalavrlar da müsabiqəyə qatıldıqları üçün qəbul şərtlərində onların ən aşağı nəticələri göstərilib.
DİM qeyd edib ki, müsabiqə şərti ilə göstərilən bal yalnız ixtisasa qəbul üçün minimal göstəricidir və faktiki qəbul balı həmin ixtisas üzrə ayrılan dövlət sifarişi yerlərinin hansı təhsil müəssisəsində dolmasından asılı olaraq müəyyənləşir.
-
Nida Təhlil 19:20Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar
-
Rəsmi xronika19:05Əliyev, Ərdoğan, Mirziyoyev və Pezeşkian Bişkekdə bir araya gəldilər - Foto
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi














.webp)








.jpg)




.jpg)








