Elm və təhsil
Tələbələrə şad xəbər
Yeni tədris ilindən etibarən "TələbəPlus" kartının əhatə dairəsi genişləndiriləcək. Artıq layihə kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə edəcək.
Publika.az xəbər verir ki, layihəyə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdirilir. Hazırda 24 ali təhsil müəssisəsinin 190 mindən çox tələbəsi bu kartdan istifadə edir.
Kart sahibləri restoran, kafe, geyim mağazaları, kitab və dəftərxana dükanları, tibb müəssisələri, əyləncə mərkəzləri və digər sektorlarda güzəştlərdən yararlana bilirlər. Layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub.
Tələbələr isə kartın daha çox gündəlik ehtiyacları əhatə etməsini istəyirlər. Onların fikrincə, "TələbəPlus" yalnız kafe və geyim mağazalarında deyil, həm də ictimai nəqliyyatda, kitabxanalarda və zəruri xidmət sahələrində güzəştlər təqdim etməlidir.
Təhsilin İnkişafı Fondundan bildirilib ki, bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri ilə danışıqlar aparılır. Artıq tibb sahəsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tələbələr klinikalarda ildə bir dəfə pulsuz müayinədən keçə, tanınmış göz klinikasında isə müayinə və analizlərdə 50 faiz, əməliyyatlarda isə 30 faiz endirim əldə edə bilərlər.
Fonddan əlavə edilib ki, ictimai nəqliyyatda güzəştlər yaxın planlarda əsas prioritetdir, çünki bu xidmət tələbələrin gündəlik həyatında mühüm rol oynayır.
Ətraflı İTV-nin süjetində:
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
























.jpg)













