Elm və təhsil
Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”
Bakının Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva işdən çıxıb.
Publika.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında özü məlumat yayıb.
O, vəzifədən ayrılmasını maraqlı səbəblə əsaslandırıb: “327 nömrəli məktəbin direktor vəzifəsindən şəxsi təşəbbüsümlə ayrılıram. İşdən çıxma səbəbim ərizəmdə qeyd etdiyim kimidir. Ailə vəziyyətimlə əlaqədar, övladlarıma kifayət qədər vaxt ayıra bilmədiyim üçün işimdən ayrılıram. Ərizəmdə qeyd edə bilmədiyim ən vacib və incə nüans isə belədir: 3 yaşlı körpə qızım mənə israrla ana yox, “Könül bibi” deyə müraciət edir. Keçən ay məzuniyyətdə olanda az qala hər gün mənə “çox sağ ol ki, mənim yanımdasan, məni qoyub getmirsən, səni çox sevirəm” deyirdi. Böyük övladlarımın da fərqli yaşlarda olmağı: birinin tələbə olmağı, digərinin tələbə olmağa hazırlaşmağı, gənc yaşlarında dəstəyimə, varlığıma ehtiyac duymaları və mənim onlara normal vaxt ayıra bilməməyim qərarımı daha da qətiləşdirdi”.
K. Əliyeva bundan sonra fəaliyyətinə yaşadığı qəsəbədə yerləşən tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam edəcəyini qeyd edib.
Qeyd edək ki, Könül Əliyeva 2023-cü ilin fevralından sözügedən məktəbin direktoru vəzifəsini icra edirdi.
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA
-
Nida Xəbər 26 Sentyabr 20:00Heydər Əliyev xanımı ilə Formula 1-də - FOTO







.jpg)













.jpg)















