Elm və təhsil
Bu xarici ölkələrdə təhsil alanların nəticələri uğursuzdur
“Bu il iyunun 23-də keçirilən peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib”.
Publika.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9-u uğursuz nəticə göstərib, yalnız 1 iştirakçının uğurlu nəticəsi var:
“Uğursuz nəticələrin əsas hissəsi Rusiya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Təhlillərimiz nəticəsində görürük ki, uğursuz nəticə göstərənlər məhz ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir”.
Tural Əhmədov əlavə edib ki, “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, 21% uğurlu nəticə əldə olunub:
“Ümumilikdə 13 ixtisas göstəricisinə görə, 89 nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri uğurlu nəticə göstərib, digər 70 nəfəri isə uğursuz olub. “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 23 nəfərdən yalnız 1 nəfər uğurlu olub, 22 nəfər isə uğursuz nəticə əldə edib. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə imtahanda iştirak edən 31 nəfərdən cəmi 4 nəfəri uğurlu nəticə göstərib. Digər 27 nəfərin nəticələri isə uğursuz olub”.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

















.jpg)







.jpg)














