Elm və təhsil
Türkiyəli rektorlar Zəfər parkında - FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin Çoruh, Ağrı İbrahim Çeçen, Bolu İzzet Abant Baysal, Ərzurum Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları sentyabrın 27-də – Anım Günündə komitənin əməkdaşları ilə birlikdə Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.
Dövlət qurumundan Publika.az-a verilən məlumata görə, komitə əməkdaşları və qonaqlar xatirə daşının önünə gül dəstələri düzərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, yaşadıqları ölkələrin ictimaiyyətinə bu əlamətdar günün mahiyyəti barədə ətraflı məlumat verirlər. Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Azərbaycan Evlərində xatirə guşələri yaradılıb, tədbirlər keçirilir.
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO














.jpg)










.jpg)














