Elm və təhsil
Bu məktəbdə 1 və 2-ci siniflərə dərslər birlikdə keçilir - VİDEO
Birinci və ikinci siniflər birlikdə dərs keçirlər.
Publika.az bildirir ki, müəllim 22 dəqiqə birinci sinif, digər 22 dəqiqədə isə ikinci siniflə məşğul olur.
Qəbələnin Tikanlı kənd orta məktəbindəki bu vəziyyət valideynləri narazı salıb. Onlar bildirirlər ki, sinif otaqları ola-ola iki sinifə bir yerdə dərs keçilməsi yolverilməzdir.
O da qeyd olunub ki, məktəbdə lazımi qədər müəllim də var. Hazırkı vəziyyətdə isə şagirdlər dərsləri qavraya bilmirlər.
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrinin ibtidai siniflərində şagirdlərin sayı 10 nəfərdən az olduqda həmin siniflərin komplekt qaydada təşkili nəzərdə tutulur. Qərara uyğun olaraq, komplekt siniflərdə şagirdlərin ümumi sayı 18 nəfəri keçməməlidir. Hazırda Tikanlı kənd tam orta məktəbinin I sinfində 9, II sinfində isə 9 nəfər şagird təhsil alır. Bu səbəbdən də qeyd olunan normativ tələblərə uyğun olaraq I və II siniflər komplekt qaydada təşkil edilib.
Komplekt siniflərdə tədris prosesi xüsusi metodika əsasında həyata keçirilir.
Daha ətraflı videomaterialı təqdim edirik:
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














