Elm və təhsil
Alimlərin “planetar pəhriz”i nə vəd edir? - Daha az ət yeyəcəyik?
Beynəlxalq tədqiqatçılar qrupunun hazırladığı yeni hesabat göstərir ki, daha çox bitki mənşəli qidalanmaya keçid həm insanların sağlamlığını yaxşılaşdıra, həm də iqtisadiyyatı gücləndirə və ətraf mühitə düşən yükü azalda bilər.
Publika.az xəbər verir ki, hesabatın əsas müəlliflərindən biri, “Stockholm Resilience Centre”in professoru Layn Qordonun sözlərinə görə, dünyada ərzaq istehsalı artıq doqquz “planetar sərhəd”dən beşini aşmağın əsas səbəbinə çevrilib. Çıxış yolu isə qırmızı ətin istehlakını azaltmaq, tərəvəzlərin, meyvələrin, paxlalıların və qoz-fındığın payını artırmaqdır.
Alimlərin “planetar pəhriz” adlandırdığı yanaşmaya görə, həftədə maksimum 105 qram qırmızı ət, gündə isə azı 500 qram meyvə və tərəvəz qəbul edilməlidir. Hesablamalara əsasən, bu prinsiplərə əməl olunması hər il 15 milyon insanın həyatını xilas edə bilər.
Son illərdə İsveçdə ət istehlakı ilə bağlı müzakirələr çox vaxt ərzaq təhlükəsizliyi məsələləri ilə əlaqələndirilir. Qordon isə bunu paradoksal hesab edir: Ölkədə yetişdirilən və insan qidasına yararlı məhsulların böyük hissəsi heyvan yeminə çevrilir.
“Davamlı inkişafa keçid zamanı ərzaq sistemi həlledici rol oynayır”, – deyə o, bildirib.
Mütəxəssislərin hesablamalarına görə, ərzaq sisteminin yenidən qurulması ildə təxminən 500 milyard ABŞ dollarına başa gələ bilər, lakin əldə ediləcək fayda bu məbləği on dəfə üstələyər.
Hesabatın müəllifləri bildirirlər ki, əsas maneələr zəif siyasi iradə və ərzaq sənayesinin müqavimətidir. Sənaye nümayəndələri lobbiçilik, reklam və hətta dezinformasiya yolu ilə islahatların qarşısını alırlar. Bununla belə, alimlər əmindirlər ki, qidalanma sisteminin dəyişməsi planetin xilası üçün əsas amildir.
-
İdman21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA
-
Nida Xəbər 20:00Heydər Əliyev xanımı ilə Formula 1-də - FOTO
-
Hadisə18:40“Masazır dairəsi”ndə dəhşətli qəza belə baş verib - Anbaan VİDEO
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə







.jpg)










.jpg)

















