Elm və təhsil
40 min ildən sonra oyanan mikroblar: Yeni pandemiya təhlükəsi...
İqlim dəyişikliyi təkcə quraqlıqlar və fırtınalarla deyil, həm də görünməz təhlükələrlə müşayiət olunur. ABŞ-ın Kolorado Boulder Universitetinin alimləri Alyaskada aparılan son araşdırma ilə bu təhlükənin nə qədər real olduğunu sübut ediblər.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər Alyaskanın permafrostunda (min illərdir donmuş torpaq və buz qatı) qalmış mikroorqanizmləri təxminən 40 min ildən sonra “oyandırıblar”.
Nəticələr isə elm adamlarını narahat edib. İlk aylarda qeyri-aktiv qalan mikroblar sonradan canlanaraq sürətlə böyüyən koloniyalar yaratmağa başlayıb. Mütəxəssislər bu mikroorqanizmlərin gələcəkdə pandemiya yarada biləcək patogenləri daşıya biləcəyini bildiriblər.

Tədqiqatın müəllifi professor Tristan Caro xəbərdarlıq edib ki, bunlar əslində ölü nümunələr deyil. Onlar yenidən aktivləşə və həm ekosistemə, həm də insan sağlamlığına təsir göstərə bilər.
Mikrobların oyanması yalnız yoluxucu xəstəlik təhlükəsi deyil. Onlar eyni zamanda atmosferə karbon qazı və metan kimi güclü istixana qazları buraxa bilər. Bu isə qlobal istiləşməni daha da sürətləndirə bilər.
Alimlər bildiriblər ki, Alyaskada yay mövsümünün uzanması mikrobların daha dərindən oyanmasına səbəb olur. Yəni hər il isti mövsüm bir qədər uzandıqca, bu risk də artır.

Mütəxəssislər bildirirlər ki, permafrostda qalan bəzi mikroblar insan və heyvan orqanizmlərinə daxil olmadan çoxala bilmir. Buna görə də onların dərhal pandemiyaya səbəb olma ehtimalı azdır. Lakin tək bir uğursuz ssenari belə, ölümcül nəticələr doğura bilər.
Tədqiqatlar göstərir ki, buzlaqların əriməsi nəticəsində yaranan sular patogenləri yeni ev sahiblərinə daşıya bilər. Nəticədə, xəstəliklərin yayılma riski artır. Ekspertlər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə Arktikanı yeni pandemiyalar üçün münbit məkana çevirə bilər.
Qeyd edək ki, tədqiqat Alyaskanın Fairbanks yaxınlığındakı Permafrost Araşdırma Tunelində aparılıb.
Roza
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















