Elm və təhsil
Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik
Avropada 20–34 yaş aralığında olan və son üç ildə ali məktəbi bitirən gənclərin ən yüksək məşğulluq səviyyəsinə malik ölkə Malta olub — 96,7%. Onun ardınca İslandiya (95,8%) və Hollandiya (94,8%) gəlir.
Publika.az xəbər verir ki, bu məlumatları təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında paylaşıb.
O qeyd edib ki, güclü sənaye bazası və peşə yönümlü ali təhsili ilə seçilən Almaniyada göstərici 94,3%, Birləşmiş Krallıqda 88,4%, Finlandiyada 88,3%, Fransada 84,4%, İspaniyada 77,9%, Türkiyədə 64,2%, İtaliyada 62,8%, Yunanıstanda isə cəmi 59%-dir:
"Azərbaycan isə bu siyahıda 42%-lə son sıralardadır. Bu, o deməkdir ki, ölkəmizdə universitet məzunlarının yarıdan çoxu təhsildən üç il keçsə belə, sabit iş tapa bilmir. Ekspert hesab edir ki, bu rəqəm əmək bazarının təhsil sisteminə uyğun gəlmədiyini, ixtisasların bazara inteqrasiyasının zəif olduğunu və gənclərin işə keçid mexanizmlərinin işləmədiyini göstərir”.
Sonda Kamran Əsədov qeyd edib ki, təhsil yalnız diplom üçün deyil, həm də istiqamət, bacarıq və məşğulluq üçün olmalıdır. Əks halda, universitet qapısı həyatın başlanğıcı yox, işsizlik döngəsinin başlanğıcı ola bilər.
Gülnar
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı

























.jpg)


.jpg)









