Elm və təhsil
Azərbaycanda yeni universitet yaradılacaq
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması yolunda işlər görürük.
Publika.az xəbər verir ki, bunu Modern.az-a 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İsgəndərov bildirib.
O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması üçün hər cür imkan var:
"Məsələni qaldırdıqdan sonra Nazirlər Kabineti, baş nazir bu məsələyə diqqət etdi. Onlara da xüsusi təşəkkürümü bildirirəm. Nazirlər Kabinetinin bülleteninə də bu məsələ daxil edilib. Danışdıq və bildirdilər ki, Şəki filialının ayrıca universitet olması məsələsi gündəmdədir. Hələlik konkret tarix bilinməsə də, bu məsələni mən də gündəmdə saxlayıram, ictimailəşdirməyə çalışacağam".
Deputat qeyd edib ki, bina, texniki baza, professor-müəllim heyəti baxımından da filial Şəki Dövlət Universiteti kimi fəaliyyət göstərməyə hazırdır:
"Pedaqoji Universitetinin filialları arasında da ən yüksək balla qəbul olunan filial Şəkidir. 2026-cı ildə bu məsələni yenidən gündəmə gətirəcəyəm və danışıqlara başlayacağam".
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















