Elm və təhsil
Yerdəki suyun mənşəyi haqqında nəzəriyyə dəyişə bilər: Ay tozu sayəsində
"Çane-6" avtomatik planetlərarası stansiyası tərəfindən Ayın uzaq hissəsindən Yerə çatdırılan torpaq nümunələrində milyardlarla il əvvəl təbii peyk üzərinə düşən meteorit parçaları aşkar edilib.
Publika.az "Naked-science.ru"ya istinadən xəbər verir ki, bu kəşf planetimizdə suyun mənşəyi haqqında anlayışı dəyişə bilər.
Qeyd olunur ki, 2019-cu ildə Çinin "Çane-4" kosmik gəmisi Ayın uzaq tərəfinə ilk eniş edərək gələcək missiyalara yol açıb. Cəmi beş il sonra "Çane-6" Yerə təxminən iki kiloqram Ay torpağı gətirib. Onun tədqiqi təbii peykin iki tərəfi arasında əhəmiyyətli fərqləri aşkar edib: uzaq tərəf görünən tərəfdən daha soyuq olub və ən böyük təsir hövzəsi olan Cənub Qütbü-Aitken hövzəsinin ətrafındakı bölgədə həmişə Yerə baxan tərəfin mantiyasından əhəmiyyətli dərəcədə az sulu olub.
Elmi tədqiqatın nəticələri göstərib ki, fərdi toz dənəcikləri Günəş sistemindəki ən təmiz və qədim cisimlərdən olan CI xondritlərindən əmələ gəlib. Onların tərkibində 20%-ə qədər su, həmçinin üzvi birləşmələr var. Belə obyektlər Yer kürəsi üçün spesifik deyil. Onların Yerdə mövcudluğu mümkün olmasa da, havasız Ayda fraqmentləri milyardlarla il yaşaya bilir.
Qeyd edək ki, parçaların sonrakı tədqiqi bizə günəş sistemindəki cisimlər arasında suyun və üzvi maddələrin necə miqrasiya etdiyini izləməyə, planetimizdə həyatın yaranması üçün nə qədər əlverişli şərait yaratdığını anlamağa kömək edəcək.
Adəm
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi














.jpg)



.jpg)





.jpg)















