Elm və təhsil
"20 min tam ştat müəllim vəzifəsi yaradılacaq" - NAZİR
Növbəti sertifikatlaşdırma mərhələsində 35 faiz əmsalından deyil, vahid əmsaldan istifadə etməyi planlaşdırırıq. Müxtəlif dövlət qurumlarının birgə qərarı əsasında bu əmsal dəqiqləşdiriləcək və yəqin ki, bu, müəllimin əməkhaqqısının artmasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.
O bildirib ki, mərhələli şəkildə 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq: “Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də, müəllimin rifahını yüksəldək deyəndə ilk növbədə maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik”.
Nazir qeyd edib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq: “Tam ştatlı müəllim həftəlik 30-36 işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir”.
Emin Əmrullayev əlavə ki, proses üçün infrastruktur imkanları mövcuddur, yeni infrastruktur da yaradılacaq: “Müəllim öz iş yeri ilə qürur duymalıdır, həvəslə iş yerinə gəlməlidir. Müəllim dərsdən əlavə olaraq, başqa müəllimin dərsini dinləyib tövsiyələr verə bilər. Şagirdlər üçün metodoloji tövsiyələr hazırlaya bilər”.
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı

























.jpg)



.jpg)








