Elm və təhsil
Daha bir sirr: "Yadplanetli gəmi" özünü qəribə aparır - Yerə yaxınlaşdıqca...
Astronomlar ulduzlararası obyekt "3I/ATLAS"ın qəribə davranışını qeydə alırlar.
Publika.az xəbər verir ki, bu barədə "Tsargrad" məlumat yayıb.
Bildirilir ki, son bir neçə gündə onun parlaqlığı nəzərəçarpacaq dərəcədə azalıb.
Rusiyada fəaliyyət göstərən Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, ulduzlararası kometa Yerə yaxınlaşdıqca, sönür. "3I/ATLAS"ın parlaqlığı üçdə birdən çox azalıb. Onun həftənin əvvəlində 10,1 olan maqnitudası 10,6-ya yüksəlib. Bu o deməkdir ki, obyekt indi altı gün əvvəlki parlaqlıq səviyyəsinin təxminən 63%-dəDİR.
Parlaqlığının azalmasına baxmayaraq, "3I/ATLAS" Yer əsaslı teleskoplara görünən dörd ən parlaq komet arasında qalır. Alimlər ulduzlararası kosmosdan onun davranışını öyrənmək üçün "Hubble" və "James Webb" teleskoplarını kometa tərəfə çevirməyi düşünürlər.
Qeyd edək ki, "3I/ATLAS" iyulun 1-də kəşf edilib. Tədqiqatçılar onun ulduzlararası kometa olduğunu təsdiqləyib. Kompüter modelləşdirməsi onu Günəşdən üç milyard il daha yaşlı olmasını göstərərək, 7,5 milyard yaş verib. Əgər hesablamalar düzgündürsə, o, indiyə qədər qeydə alınmış ən qədim kometadır.
Xatırladaq ki, avqust ayında Harvard Universitetinin astrofiziki Avi Loeb bildirib ki, obyekt avtomobil faralarının parıltısına bənzər işıq yayır. Parıltının səbəbi naməlum olaraq qalır. Eyni zamanda, onun süni obyekt ola bilmə ehtimalı da var. Bunla da, parlaqlığın kəskin azalması ulduzlararası yadplanetlinin hekayəsində başqa bir sirr yaradıb.
Adəm
-
Hadisə18:40“Masazır dairəsi”ndə dəhşətli qəza belə baş verib - Anbaan VİDEO
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
İdman14:48“Qarabağ”ın hücumçusu millisinə qələbə qazandırdı - VİDEO
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
-
Nida Xəbər 13:58Prezidentin sosial media hesablarında Bakıdakı forumda iştirakına dair video paylaşıldı
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu







.jpg)













.jpg)















