Elm və təhsil
Həmin tələbələr universitetdən xaric ediləcək - AÇIQLAMA
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmləri bəzi abituriyentlərin cavablarını şübhəli hesab edib. Araşdırmalar nəticəsində Gəncə şəhərində keçirilən qəbul imtahanında bir qrup abituriyentin üzərində qadağan olunmuş texniki vasitələr aşkarlanıb. İstintaq materiallarına əsasən, Kamran Əsədov və digər təqsirləndirilən şəxslər abituriyentlərin imtahanlardan asan keçməsi üçün onlardan pul alaraq qadağan olunmuş cihazlardan istifadə etməyə kömək göstəriblər.
Belə olan halda həmin tələbələrin aqibəti necə olacaq? Əgər ötən illərdə də belə hallar baş veribsə, artıq məzun olmuş şəxslərin diplomları ləğv olunacaqmı?
Publika.az xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev Azxeber.com-a açıqlamasında deyib ki, qanunsuz əməllər törədən abituriyentlərin imtahan nəticələri ləğv olunur:
"Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 193 nömrəli qərarı ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Həmin qərarda açıq şəkildə göstərilir ki, abituriyent imtahana kalkulyator, elektron cihazlar, köçürmə vərəqləri, cədvəllər və digər qadağan olunmuş vasitələrlə daxil olarsa, onun imtahan nəticələri şübhəsiz ləğv edilir. Bu proses çərçivəsində adı çəkilən abituriyentlərin nəticələri birbaşa ləğv olunacaq. Əgər həmin şəxslər artıq tələbə adı qazanıblarsa, universitetlərdən xaric ediləcəklər. Çünki onlar saxta yolla və dövlət qanunlarını pozaraq ali təhsil müəssisələrinə daxil olublar”.
Sabiq deputat vurğulayıb ki, sözügedən proses valideynlər üçün dərs olmalıdır:
"Bütün bu faktlar və əvvəllər də baş vermiş barışmaz və neqativ hallarla mübarizədə Dövlət İmtahanları Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin bu prosesdə peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, bu proses valideynlər üçün də mühüm mesajdır. Onlar avantürist vədlərə inanaraq bu cür qanunsuz yollara qoşulmamalıdırlar. Əgər övladların biliyi zəifdirsə, valideynlər peşə təhsili müəssisələrinə üstünlük verməlidirlər. Peşə təhsilinə hazırda böyük tələbat var”.
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
İdman14:48“Qarabağ”ın hücumçusu millisinə qələbə qazandırdı - VİDEO
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
-
Nida Xəbər 13:58Prezidentin sosial media hesablarında Bakıdakı forumda iştirakına dair video paylaşıldı
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)







.jpg)














.jpg)















