Elm və təhsil
Kəlbəcər məktəbinin tikintisini aparan mühəndisin görün NEÇƏ YAŞI VAR
"Kəlbəcər məktəbinin tikintisinə nəzarət Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır".
Publika.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, universitetin məzunu olan gənc mühəndislər işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərində, o cümədən Qarabağ Universitetinin inşasında fəal iştirak edirlər.
"Həmin məktəbin tikintisinin ilk ili kifayət qədər mürəkkəb idi, çünki o vaxt Kəlbəcərdə hələ heç bir infrastruktur yox idi. Çox çətin şəraitdə, gənc yaşına baxmayaraq, həmin mühəndis kifayət qədər böyük və gözəl məktəbin tikintisinin bir hissəsi oldu. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında da çox yaxından və böyük ürəklə iştirak edirlər".
E.Əmrullayev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Azərbaycan memarlarının və bu təhsil ocağının yetişdirdiyi mütəxəssislərin çox böyük zəhməti var.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


























.jpg)














