Elm və təhsil
Hansı məktəblər distant təhsilə keçəcək? - VİDEO
Azərbaycanda növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə təhsilin keyfiyyətini artırmaq məqsədilə yeni tədris modeli tətbiq ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-nin efirində "Sabaha saxlamayaq" verilişində çıxışı zamanı məlumat verib.
Vəfa Yaqublu bildirib ki, bəzi ucqar məktəblərdə fənn müəllimlərinin çatışmaması şagirdlərin illərlə müəyyən fənləri öyrənə bilməməsinə səbəb olur.
"Təsəvvür edin ki, bütöv bir sinif kimya fənnini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur. Bunun əsas səbəbi şagird sayı az olan məktəblərdə dərs saatlarının azlığıdır. Müəllimlərin maaşı dərs saatı əsasında formalaşdığı üçün bu məktəblərə müəllim cəlb etmək çətinləşir. Bu mövzu uzun müddət müzakirə olunub. Texnologiyanın verdiyi imkanlar bizi belə bir qərara gətirdi ki, ilkin mərhələdə bu modeli hibrid formada tətbiq edək. Hansı fənn üzrə müəllim yoxdursa, şagirdlər rayon mərkəzində yerləşən məktəbə internetlə bağlanacaq və həmin rayonun ən yaxşı müəllimi onlara distant dərs keçəcək", - deyə o vurğulayıb.
Tətbiq ediləcək yeni sistem bir neçə mühüm mexanizmi özündə birləşdirir. Belə ki, müəyyən təhsil müəssisələrinə "mərkəz məktəb" statusu veriləcək. Bu məktəblərdə distant dərslərin yüksək səviyyədə təşkili üçün müasir texniki infrastruktur qurulacaq. Şagirdlər kompüter vasitəsilə mərkəz məktəbdə keçirilən dərslərə birbaşa qoşula biləcəklər.
Hazırda şagird sayı az olan 100-dən çox məktəbdə bu yeni tədris modelinə keçid birdəfəlik deyil, mərhələli şəkildə həyata keçiriləcək.
"Yüzdən çox məktəbdə şagird sayı azdır. Bu məktəblərdə distant təhsilə keçid mərhələli şəkildə baş tutacaq. Biz bu modeli Lənkəran-Astara regionunda yerləşən bir neçə məktəbdə sınaqdan keçirmişik. Nəticələr qənaətbəxşdir. Layihə hazırda test mərhələsindədir", - deyə agentlik rəsmisi bildirib.
Vəfa Yaqublu həmçinin ölkədə gedən köç prosesinin məktəblərə təsirinə də diqqət çəkib:
"Hazırda Qarabağa köç prosesi gedir və həmin ərazilərdəki məktəblər genişlənir. Məsələn, Xankəndidə yerləşən məktəb artıq mövcud şagird sayına görə kifayət qədər yüklənib. Digər bölgələrdə isə bəzi məktəblərin boşalması müşahidə olunur. Belə bir tendensiya formalaşır".
-
Elm və təhsil01:41Hansı məktəblər distant təhsilə keçəcək? - VİDEO
-
Magazin201:11Kibariyənin ayağı sosial mediada gündəm oldu - FOTO
-
ABŞ00:45İran "Starlink" avadanlıqlarının böyük partiyasını ƏLƏ KEÇİRDİ - İDDİA
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ay qoçun odlu səmasına doğru irəliləyir
-
Magazin213 Yanvar 23:24Məşhur aktyor 83 yaşında vəfat edi - Ailəsi bir neçə həftə sonra...
-
Magazin113 Yanvar 22:36Xalq artisti qızı ilə fotolarını paylaşıb görün nə yazdı
-
İKT13 Yanvar 21:36Uşaqların sosial mediadan istifadəsinə QADAĞA QOYULUR? - Baş nazir narahatdır
-
Magazin113 Yanvar 20:36Ülviyyə Mahmudovadan YENİ FOTOLAR







.jpg)





























