Elm və təhsil
Azərbaycanın ən gənc rektoru - FOTO
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva həmkarları arasında bu postu tutan ən gənc kadr sayılır. 39 yaşını yenicə tamamlamış xanım rektor ixtisasca ingilis dili müəllimidir.
Publika.az xəbər verir ki, Səadət Əliyeva karyerasına 2008-ci ildə Azərbaycan Universitetində başlayıb. Onun bütün uğurları bu ali təhsil müəssisəsi ilə bağlıdır. Səadət Əliyeva 2008-ci ildə laborant kimi əmək fəaliyyətinə başladığı universitetə 9 ildir rəhbərlik edir. Onunla bağlı təyinat 13 mart 2017-ci ildə reallaşıb.
Qeyd edək ki, Səadət Əliyeva 13 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
Səadət Əliyevanın əsas tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatıdır. O "İpək yolu" və "Çağlayan" jurnalının baş redaktoru və Midlsekd Universiteti tərəfindən çap olunan "Children's Literature in Education Journal"ının redaksiya heyətinin üzvüdür.
Ailəlidir. Dörd övladı var. (metbuat.az)
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
























.jpg)















