Elm və təhsil
Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir?
1955-ci ildən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk milli fortepiano dərsliyi hazırlanıb.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında bildirib.
Onun sözlərinə görə, nazirlikdə hər hansı dərslərin ləğvi və ya dərsliklərin birləşdirilməsi ilə bağlı məlumat yoxdur:
"Eyni zamanda, yeni bir xəbəri də bölüşmək istəyirik. İncəsənət məktəbləri üçün ilk milli fortepiano dərsliyi hazırlanıb. Yaxın günlərdə pilot layihə çərçivəsində həmin dərslik məktəblərə paylanacaq".
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
İddia olunur ki, bu fənnin yaradılması məktəblərdə tarix və ədəbiyyat fənlərinin birləşməsi ilə nəticələnəcək.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı

















_(1).webp)




















