Elm və təhsil
Həmin müəllimlərlə bağlı nazirliyə müraciət etmişik - Məleykə Abbaszadə
Marker (ekspert qiymətləndirici) kimi fəaliyyət göstərmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan təlimlərə müəllimlərin qoşulmasına çağırış etmişdim. Məqsəd markerlərin sayını artırmaqdır.
Publika.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, müəllimlərin sertifikatlaşdırma prosesindən uğurla keçənlər arasında fənlər üzrə ən yüksək nəticə göstərənləri təlimlərə cəlb etmək üçün Elm və Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlanıb.
DİM rəhbəri prioritetin yüksək nəticə göstərən müəllimlər olduğunu vurğulayıb: “Müraciətdə sertifikasiya imtahanlarında fənlər üzrə ən yüksək nəticə əldə edən müəllimlərin siyahısının bizə təqdim olunması xahiş edilib. Bu siyahı əsasında həmin müəllimləri marker təlimlərinə cəlb edəcəyik. Bizim üçün vacibdir ki, həmin müəllimlər öz fənlərindən 90 faizdən yuxarı nəticə göstərsinlər. Belə müəllimlərin sayı kifayət qədər deyil”.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı

















_(1).webp)




















