Elm və təhsil
Müəllimlər bu hallarda işdən çıxarıla bilər
Azərbaycan qanunvericiliyinə görə müəllimlərin də daxil olduğu bütün əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Bu məcəlləyə əsasən, əmək müqaviləsi yalnız müəyyən hüquqi əsaslar olduqda xitam verilə bilər.
Publika.az Metbuat.az-a isinadla bildirir ki, müəllimlərlə bağlanan əmək müqaviləsi aşağıdakı hallarda dayandırıla bilər:
müəllimin öz təşəbbüsü ilə işdən çıxmaq istəməsi;
əmək müqaviləsinin müddətinin başa çatması;
tərəflərin qarşılıqlı razılığı;
müəssisənin ləğvi və ya ştat ixtisarı;
tərəflərin iradəsindən asılı olmayan hallar.
Bu hallar istisna olmaqla, müəllimin işdən çıxarılması qanunsuz hesab olunur.
Bəs işəgötürənin təşəbbüsü ilə işdən azad etmə hansı hallarda mümkündür?
Əmək Məcəlləsi işəgötürənə müəllimi öz təşəbbüsü ilə yalnız konkret əsaslar olduqda işdən azad etmək hüququ verir. Əgər müəllim əmək funksiyalarını yerinə yetirməz və ya vəzifə öhdəliklərini sistemli şəkildə pozarsa, əmək intizamına riayət etməzsə, işə davamlı gəlməzsə, daxili qaydalara əməl etməzsə, pedaqoji fəaliyyətlə uyğun gəlməyən davranışlara yol verərsə, şagirdlərin təhlükəsizliyini riskə atan və ya etik normaları kobud şəkildə pozan hərəkətlər edərsə, işəgötürən onunla bağlanan müqaviləyə xitam verə bilər.
Bu cür hallarda işdən çıxarılma yalnız rəsmi aktlar, izahatlar və intizam tədbirləri sənədləşdirildikdən sonra mümkün sayılır. Sadəcə şikayət və ya subyektiv yanaşma xitam üçün yetərli əsas hesab edilmir.
Qanunvericilik müəllimlərin əmək hüquqlarını da açıq şəkildə qoruyur. Əgər müəllim qanunsuz əsaslarla və ya prosedur pozuntusu ilə işdən azad olunarsa, o, məhkəməyə müraciət etmək və əmək hüquqlarının bərpasını tələb etmək hüququna malikdir.
Bu halda məhkəmə işəgötürənin qərarını ləğv edə, müəllimin işə bərpasına və itirilmiş əməkhaqqının ödənilməsinə qərar verə bilər.
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır






.jpg)














.jpg)
.png)




.jpg)

.jpg)









