Elm və təhsil
Bu məktəbdə ciddi nizam-intizam problemləri yaşanır - VİDEO
Bərdə rayonu, şəhid Abdulla Telman oğlu İsmayılov adına Lənbəran kənd tam orta məktəbində uzun müddətdir ciddi nizam-intizam və idarəetmə problemləri yaşanır.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın Qarabağ bürosuna məktəbin fizika müəllimi Qasım Hümmətov məlumat verib.
Onun sözlərinə görə, xüsusilə 10-11-ci sinif şagirdlərinin dərslərdə iştirak etməməsi artıq adi hala çevrilib və bu proses son dövrlərdə aşağı siniflərdə də müşahidə olunmağa başlayıb.
Müəllim qeyd edib ki, dərs saatlarında şagirdlərin əksəriyyəti məktəbdə olmur: “Xüsusilə 6-cı dərsdə sinifdə iştirak edən şagird sayı 5–12 nəfər arasında dəyişir. Halbuki sinif üzrə şagird sayı 28 nəfərdir. Qalan şagirdlərin harada olması bilinmir, məktəb də buna nəzarət etmir”.
Qasım Hümmətov bildirib ki, bu vəziyyət müəllimlər üçün ciddi məsuliyyət yaradır. Çünki şagirdin dərs vaxtı məktəbdən çıxması və başına hər hansı hadisə gəlməsi müəllimin üzərinə məsuliyyət kimi qoyula bilər.
O, həmçinin məktəbdə təhsil prosesinin uzun illərdir normal təşkil olunmadığını vurğulayıb:
“Artıq 10 ildən çoxdur məktəb tam şəkildə təhsil müəssisəsi kimi fəaliyyət göstərə bilmir. Nizam-intizam tam pozulub".
Müəllim həmçinin məktəbə rəhbər təyin olunmuş direktorla bağlı narazılığını da ifadə edib.
Onun iddiasına görə, həmin şəxsin pedaqoji sertifikatı və ixtisas uyğunluğu olmadığı halda rəhbər vəzifəyə gətirilməsi kollektivdə ciddi narazılıq yaradıb.
“Məktəb kollektivinin böyük əksəriyyəti bu təyinatı qəbul etmir. Bu cür idarəetmə ilə təhsil prosesini düzgün qurmaq mümkün deyil”, – deyə o əlavə edib.
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ nəzarətə götürülüb.
"İdarə tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar. Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.
Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib.
Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.
Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsil verənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb".
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var


















.jpg)
















