Elm və təhsil
Magistratura imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Publika.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.
"Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 22780 bakalavrdan 519 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq. Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq", - məlumatda qeyd olunub.
-
İnanc12:41Daha bir Avropa ölkəsi məktəbli qızların niqab taxmasına qadağa qoydu
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Nida Xəbər 10:29Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
İqtisadi gündəm10:2530 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində
-
Nida Xəbər 10:11Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
-
İqtisadi gündəm09:50İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Nida Xəbər 09:44Prezident: Azərbaycan azsaylı ölkələrdəndir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır







.jpg)















.jpg)













