Elm və təhsil
Kolleclərə sənəd qəbuluna start verilir
Bu gündən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır.
Publika.az xəbər verir ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun birinci mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin 5-də, 12-də və 26-da, tam (11 illik) orta təhsil səviyyəsi üzrə isə iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək.
Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayon üzrə müəyyən edilmiş tarixdə imtahan verəcəklər. Sumqayıt və Abşeron ərazisində yerləşən peşə liseylərinin məzunları isə martın 9-da imtahana qatılacaqlar.
Aprelin 19-da əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.
Mayın 17-də isə əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq


















.jpg)



















