Elm və təhsil
7 professor elmi şuradan niyə uzaqlaşdırıldı? - Video
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb və xəbərdarlıq olmadan elmi şuranın tərkibindən çıxarıldığı bildirilir.
Publika.az xəbər verir ki, professorların sözlərinə görə, qərar onlara əvvəlcədən xəbərdarlıq edilmədən və səsvermə keçirilmədən elan olunub.
Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa olaraq səhiyyə nazirliyinin tapşırığı olduğu deyilib:
“Hazırda dünyanın 12 universitetinin fəxri professoruyam, dünyanın cərrahiyə üzrə ən böyük cəmiyyətlərindən biri Asiya Cərrahlar Cəmiyyətidir və mən o cəmiyyətinin idarə heyətinin üzvüyəm. Amma 30 il çalışdığım bir univesitetin elmi şurasından heç bir izahat verilmədən 7 professor xaric edilib”.
Professorun sözlərinə görə, elmi şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçilib eyni qaydada da çıxarılmalıdır. Bu prosedura da əməl edilməyib.
Elmi şuradan çıxarılan bir digər professor, ümumi cərrah Zərraf Şirinov da deyir ki, ona hansı səbəbdən elmi şuradan uzaqlaşdırıldığı haqqında məlumat verilməyib.
“Bizə izah etdilər ki, guya səhiyyə nazirinin göstərişidir. Biz də nazirə məktub yazdıq ki, aydınlıq gətirsinlər ki, bizi hansı səbəbdən kənarlaşdırıblar. Bizə qarşı olan haqsızlığın nədən qaynaqlandığını bilmirəm”.
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bildirilib ki, sözügedən elmi şura üzvülərinin tərkibi və sayı seçki əsasında yox, təqdimat əsasında Nazirlik tərəfindən təsdiq edilir.
Qeyd edilib ki, köhnə elmi şuranın tərkibində uyğunsuzluq var imiş və 25 üzvdən 10-u eyni ixtisası təmsil edirmiş.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
-
MDB10:1810 il işləyən həkimə EV VERİLSİN - Yeni təklif
-
ABŞ09:24Trampdan Xark adası ilə bağlı şok paylaşım: “Param-parça olur!” - VİDEO
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...















.jpg)
.jpg)


.jpg)





.jpg)












