Elm və təhsil
Azərbaycan və Avstriya arasında musiqi təhsili üzrə əməkdaşlıq müzakirə edildi
Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə İnnsbruk Şəhər Musiqi Məktəbinin direktoru Volfram Rosenberqer arasında musiqi təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova da iştirak edib.
Publika.az xəbər verir ki, görüş zamanı uşaq və yeniyetmələr üçün musiqi təhsilinin təşkili, peşəkar kadrların hazırlanması, şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Avstriya tərəfləri məktəb səviyyəsində beynəlxalq və yerli müsabiqələrin təşkili, yay və qış musiqi kursları, seminar və vorkşoplar, elmi konfranslar və təcrübə mübadiləsi kimi bir sıra təşəbbüslərin reallaşdırılması barədə səmərəli müzakirələr aparıblar.
Nazir müavini Murad Hüseynov gənclərin dünyagörüşünün formalaşdırılmasında musiqi təhsilinin rolunu qeyd edib və musiqi məktəblərinin Azərbaycanda böyük ənənələrə malik olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə beynəlxalq təcrübə ilə tanışlıq və fikir mübadiləsi tədrisin aktuallığı və keyfiyyəti baxımında mühüm əhəmiyyətə malikdir.
V.Rozenberqer rəhbərlik etdiyi məktəb barədə məlumat verib və bildirib ki, İnnsbruk Şəhər Musiqi Məktəbi Avstriyada ən böyük musiqi məktəbidir və şagirdlərin sayı 4700 nəfərdən çoxdur. Məktəb müxtəlif musiqi alətləri üzrə tədris proqramları, simfonik orkestr, caz və rok ansamblları kimi dərnəkləri ilə musiqi təhsilinin geniş spektrini əhatə edən mədəni təhsil müəssisəsidir. Məktəbin proqramlarına klavişli, simli, nəfəs və ritm alətləri, xalq çalğı alətləri, vokal dərsləri və ansambl işi daxildir və bu istiqamətlər üzrə təhsil imkanı məktəbin musiqi mədəniyyətinə aktiv daxil olmasını təmin edir.
Görüş iştirakçıları uşaqların musiqi bacarıqlarının daha da inkişaf etdirilməsi, məktəb idarəçilik keyfiyyətinin artırılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq


















.jpg)



















