Elm və təhsil
Azərbaycanda minlərlə müəllimin maaşı artırıla bilər
"Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin əməkhaqqılarının artırılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərimiz təhsilverənlərin sosial təminatının daha da yaxşılaşdırılması məqsədi daşıyır".
Publika.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
O bildirib ki, 80% və daha yüksək bal toplayan müəllimlərin əməkhaqqısının 35% artırılması daha məqsədəuyğundur:
"Hazırda 51 və 60 bal intervalında nəticə göstərən müəllimlərin əməkhaqqı 35 faiz artır. 48 bal toplamaq 80% nəticə deməkdir. Beynəlxalq standartlarda 80% daha yüksək faiz kimi nəzərdə tutulub. Ona görə beynəlxalq standartlara uyğun olaraq 80% və daha yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqılarının 35 faiz artırılması məqsədəuyğun olardı. Son statistikaya əsasən, hazırda 40 mindən çox müəllimin əməkhaqqında artımlar qeydə alınıb. Onların təxminən 22%-i əməkhaqqı məhz 35 faiz artırılan müəllimlərdir. Yəni, 51 və daha yüksək nəticə göstəriblər. Bizim təklif etdiyimiz mexanizmin qəbul edilməsi minlərlə müəllimin əməkhaqqısını 10% deyil 35% artmasına gətirib çıxara bilər. Təbii ki, bu da daha çox müəllimin yüksək əməkhaqqı artımlarından faydalanmasına imkan yaradacaq".
-
Nida Xəbər 10:11Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
-
İqtisadi gündəm09:50İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Nida Xəbər 09:44Prezident: Azərbaycan azsaylı ölkələrdəndir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Hadisə08:19Bakıda vulkan püskürdü - Video
-
Dünya06:161 milyard insan ölə bilər - Bill Qeytsdən şok xəbərdarlıq
-
ABŞ05:45Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
-
İdman05:1535 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi






.jpg)





























