Elm və təhsil
Şamaxıda doğulmuş 102 yaşlı həkim İsraildə vəfat etdi
Şamaxı şəhərində anadan olan Raisa Borisovna Sinitsına 102 yaşında İsraildə vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Shimal.news” məlumat yayıb.
Bildirilib ki, R.Sinitsına uzun illər əvvəl Azərbaycandan Leninqrada (indiki Sankt-Peterburq) köçüb, Birinci Dünya müharibəsi vaxtı xeyli müddət mühasirədə yaşayıb. Blokadanın götürülməsinin 75 illiyi münasibətilə xatirə şamını yandırmaq şərəfinə layiq görülüb.
Leninqrad Konservatoriyası nəzdində fəaliyyət göstərən 10 illik musiqi məktəbini violonçel ixtisası üzrə bitirən Raisa həvəskar orkestralarda çıxış edib. Əsas peşəsi isə həkim-pediatr olub.
O, 1992-ci ildə İsrailə köçüb.
2019-cu ildə israilli rejissor E.Qraboy müxtəlif kateqoriyalarda çoxsaylı mükafatlar qazanan “Raya Sinitsınanın müharibəsi” sənədli filmini çəkib.
Gənc yaşlarında Azərbaycandan ayrılsa da, İsrail-Azərbaycan “Azİz” assosiasiyasının tədbirlərində tez-tez iştirak edib. (Qafqazinfo)
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
















.jpg)





















