Elm və təhsil
Azərbaycan universitet reytinqlərində top 100-də yer aldı
Bu ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub və Bakı Dövlət Universiteti sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.
Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ildə reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı təxminən iki dəfə, təmsil olunduğu sahələrin sayı isə dörd dəfə artıb.
Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.
Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.
Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.
Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21000-dən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
-
MDB10:1810 il işləyən həkimə EV VERİLSİN - Yeni təklif
-
ABŞ09:24Trampdan Xark adası ilə bağlı şok paylaşım: “Param-parça olur!” - VİDEO
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...


































.jpg)
