Elm və təhsil
Azərbaycanda bu məktəb onlayn rejimə keçdi - Səbəb
Qaradağ rayonunun Umbakı (Çeyildağ) qəsəbəsində körpünün çökməsi səbəbindən şagirdlər üçün tədris onlayn təşkil edilib.
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qəsəbənin 224 nömrəli ümumi orta ümumtəhsil məktəbindən məlumat verilib.
Bildirilib ki, son günlər yağan intensiv yağışlarla əlaqədar Qaradağ rayonunun Umbakı qəsəbəsinə gedən yol sel suları nəticəsində dağılıb. Bu səbəbdən qəsəbə 224 nömrəli ümumi orta ümumtəhsil məktəbində I və II siniflər istisna olmaqla digər siniflərdə tədris onlayn formada təşkil olunur:
"Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Problemin həlli istiqamətində müvafiq işlər görülməkdədir.
Alternativ yol təmir olunana kimi tədrisin onlayn qaydada davam etdirilməsi nəzərdə tutulur".
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
















.jpg)





















