Elm və təhsil
Azərbaycanlı tələbə xanımlar üçün təqaüd proqramına start verildi - Foto
Polşa Azərbaycanlıları Şurası (PAŞ) Polşada ali təhsil alan Azərbaycanlı tələbə xanımlar üçün Akademik Zərifə Əliyeva adına Təqaüd Proqramını elan edib.
Publika.az xəbər verir ki, bu, Polşa Azərbaycanlıları Şurasının həyata keçirdiyi ikinci təqaüd proqramıdır. Şuranın ilk təqaüd təşəbbüsü Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın adına təsisolunmuşdu.
Yeni proqramın Akademik Zərifə Əliyevanın adını daşıması da xüsusi məna kəsb edir. Bu seçim, Azərbaycan elminə, maarifçiliyinə və ziyalılıq ənənəsinə mühüm töhfələr vermiş bir şəxsiyyətinadını yaşatmaqla yanaşı, onun təhsil, peşəkarlıq və cəmiyyətə xidmət dəyərlərini gənc nəsillərarasında təşviq etmək məqsədi daşıyır.
Təqaüd proqramının əsas məqsədi Polşada təhsil alan Azərbaycanlı tələbə xanımların akademikinkişafını, liderlik potensialını, ictimai fəallığını və diaspor iştirakını təşviq etmək, eyni zamandaonların Azərbaycanı xaricdə daha fəal və məsuliyyətli şəkildə təmsil etməsinə dəstək verməkdir.
Təqaüd proqramının müəllifi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, layihə rəhbəri isə Şuranın icraçı direktoru Yusif Məmmədovdur. Layihə Polşadakı Azərbaycan icmasının və iş adamlarının təşəbbüsü ilə həyata keçirilir.
Proqrama Polşada ali təhsil alan Azərbaycanlı tələbə xanımlar müraciət edə bilərlər. Namizədlərbakalavr, magistratura və ya doktorantura səviyyəsində təhsil almalı, Polşada yerləşən alitəhsil müəssisəsində ən azı bir akademik semestri tamamlamış olmalı və minimum 4.0 / 5.0 GPA akademik göstəriciyə malik olmalıdırlar.
Seçim zamanı yalnız akademik göstəricilər deyil, eyni zamanda namizədlərin ictimai vəkönüllülük fəaliyyəti, beynəlxalq layihələrdə iştirakı, liderlik və təşəbbüskarlıq bacarıqları, diaspor fəaliyyətinə marağı, eləcə də xarici dil bilikləri və rəsmi dil sertifikatları da nəzərəalınacaq.
Təqaüd proqramı dörd mərhələdən ibarət olacaq: onlayn qeydiyyat və ilkin seçim, fiziki test mərhələsi, müsahibə və qaliblərin elan olunması.
Müraciətlər 2 aprel tarixindən başlayıb və 11 aprel saat 23:59-dək davam edəcək. Təqaüdproqramının qalibləri isə 28 aprel – Akademik Zərifə Əliyevanın doğum günündə elanolunacaq.
Qeydiyyat linki: https://forms.gle/S2HJaT6Xs5yZTiCs8
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab





















.jpg)





.jpg)








