Elm və təhsil
Əyani tədris məcburi olmamalıdır: Həftədə 2 gün...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Eldar Aslanov bildirib ki, tələbələrin hər gün dərsə gəlməsi və bütün dərslərin, yaxud mövzuların əyani tədrisi məcburi olmamalıdır. Onun sözlərinə görə, bəzi fənlərin mühazirələri məsafədən keçirilə bilər.
Bu fikirlər sosial şəbəkələrdəki təhsil qruplarında və səhifələrdə həftədə üç dəfə əyani dərs olması, iki gün isə distant formada davam etməsi məsələsini gündəmə gətirib.
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva Eldar Aslanovun səsləndirdiyi fikirin əslində gecikmiş reallıq olduğunu bildirib.
"Dünyada universitetlər artıq çoxdan anlayıb ki, tələbəni hər gün auditoriyaya gətirməklə keyfiyyət əldə etmək mümkün deyil. Məqsəd öyrətmək, mütəxəssis hazırlamaqdır. Bu gün ABŞ-da, Avropada mühazirələrin böyük hissəsi ya onlayn keçirilir, ya da yazılıb tələbəyə verilir. Tələbə istədiyi vaxt baxır, təkrar edir, daha rahat mənimsəyir. Auditoriyaya isə daha çox müzakirə, praktika, interaktiv həll üçün gəlir. Yəni universitet mühazirə dinləmə yerindən çox, təcrübə və düşünmə mühitinə çevrilir. Biz bu səviyyəyə hələ çatmamışıq, amma potensial var. Pandemiya dövrü göstərdi ki, texniki olaraq biz bunu bacarırıq. Problem texnologiyada yox, sistemdədir, yəni qaydalar, nəzarət mexanizmi və yanaşma hələ oturuşmayıb".
Əməkdar müəllimin sözlərinə görə, düzgün yanaşma tətbiq edilərsə, bu təklifin həyata keçirilməsi mümkündür:
"Bakı şəhərində bu sistemi quran və həyata keçirən çox yaxşı kurslar artıq var. Nəzərə almaq lazımdır ki, hər şeyi distant etsək, keyfiyyət düşəcək. Tələbə ilə canlı təmas itəcək, nəzarət zəifləyəcək, təhsil formal xarakter alacaq. Amma düzgün balans qurulsa, əksinə, keyfiyyət arta bilər. Çünki onlayn mühit daha sakit, daha fərdi ehtiyaclara uyğunlaşdırıla bilən bir mühitdir. Deyildiyi kimi, mühazirə distant, müzakirə və praktika isə auditoriyada həyata keçirilə bilər. Lakin bütün mühazirələri də bura aid etmək doğru deyil. Belə bir sistem qurularsa, bu həm tələbəyə rahatlıq verir, həm də universiteti daha funksional edir".
S.Əliyeva deyib ki, qabaqcıl universitetlər, MİT-dən Sinqapur Milli Universitetinə qədər bu modeli artıq onilliklərdir tətbiq edir:
"Lakin biz hibrid formaya keçmək istəsək, o zaman müəllim hansı komponentlərin onlayn, hansılarının isə əyani keçirilməsinin daha effektiv olduğunu yenidən düşünməlidir. Eyni zamanda, ali təhsil haqqında qanunvericiliyə uyğun tədris yükü normativləri yenidən nəzərdən keçirilməli, akkreditasiya tələbləri hibrid modelə uyğunlaşdırılmalıdır. Mən də düşünürəm ki, bu təklif doğru istiqamətdədir. Dünya bunu edir, elmi dəlillər bunu dəstəkləyir. Amma "bəzi mühazirələri distantlaşdıraq" deməklə effektiv hibrid sistemi qurmaq arasında böyük fərq var. Sistem üçün hazırlıq mütləqdir, texnoloji infrastruktur, müəllim inkişafı, qiymətləndirmə islahatı, bütün bunlar paralel getməsə, bu addım formal dəyişiklikdən ötəyə keçməyəcək. Onsuz da bu dəyişiklik qaçılmazdır, sadəcə, zaman məsələsidir".
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...
-
Magazin112:46Aygün Kazımovanın qaziyə jesti rəğbətlə qarşılandı - VİDEO
-
MDB12:14Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva
-
Sosial11:526 uşağın zəhərləndiyi hamam otağının qapısı yalnız çöldən kilidlənirmiş - MÜƏMMA / VİDEO
-
İqtisadi gündəm10:20Bu şəxslərin maaşlarında artımlar olacaq - SƏRƏNCAM
-
Region09:55Kadırov İrana kömək etməkdən imtina etdi: Səbəbini də açıqladı
-
ABŞ09:40Tramp İranı hədələdi: Əməl etməsəniz...
-
Dünya09:34Atəşkəsə inam yoxdur: Neft yenidən kəskin bahalaşdı







































