Elm və təhsil
Alimləri şoka salan kəşf: Elmə məlum olmayan yeni bakteriya...
Tomsk alimləri Qərbi Sibirin yeraltı sularında indiyədək elmə məlum olmayan yeni bakteriya cinsi aşkar ediblər. Tədqiqatçılar həmçinin on ildən artıqdır ki, dünyanın heç bir yerində laboratoriya şəraitində əldə edilə bilməyən nadir mikroorqanizmi təcrid etməyi bacarıblar.
Publika.az "Environmental Microbiology" jurnalına istinadən xəbər verir ki, araşdırmanın ən böyük uğuru Desulforudis audaxviator növünə genetik cəhətdən yaxın olan tamamilə yeni bakteriya ailəsinin tapılmasıdır.
Yeni kəşf edilən bakteriya cinsi hüceyrələrin formasına və tapıldığı yerə görə Desulfosceptrum tomskiensis adlandırılıb. Bu mikroorqanizmlər Sibirin müxtəlif nöqtələrində - Tomsk vilayətinin artezian sularında, Kuzbassın kömür laylarında və Tümenin dərinliklərində qeydə alınıb.
Alimlərin digər böyük uğuru isə Desulforudis audaxviator (latıncadan tərcümədə - "cəsur səyyah") adlı bakteriyanı canlı şəkildə ayırmaq olub. Əvvəllər bu bakteriyanın DNT-si Cənubi Afrikadakı qızıl mədənlərində tapılsa da, onu heç bir alim izolə edə bilmirdi. Tomsk tədqiqatçıları isə bu mikroorqanizmi termal bulaq sularından əldə etməyə nail olublar. Maraqlıdır ki, Sibirdəki nümunənin genomu Afrika nümunəsi ilə tamamilə eynidir.
Tomsk Dövlət Universitetinin mütəxəssisləri bildiriblər ki, bu bakteriyanın genetik materialı superqitə Panqeya dövründən bəri demək olar ki, heç dəyişməyib. Bu fakt klassik təkamül nəzəriyyəsinə ziddir, çünki milyonlarla il ərzində mikroorqanizmlərdə ciddi dəyişikliklər baş verməli idi.
Alimlərin fərziyyəsinə görə, bu bakteriyalar əslində səthdə yaşayırmış və yağış suları vasitəsilə yerin dərin qatlarına sızıblar. Onların bədənindəki xüsusi qaz vakuolları da vaxtilə suyun səthində hərəkət etdiklərinə işarədir.
Müəllif: Adəm
-
Dünya06:161 milyard insan ölə bilər - Bill Qeytsdən şok xəbərdarlıq
-
ABŞ05:45Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
-
İdman05:1535 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi



































