Elm və təhsil
Nazir Qusarda məktəbdə tədris prosesi ilə tanış oldu - FOTO
Bu gün elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonuna səfəri çərçivəsində şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, dərs mühiti, müəllim və şagirdlərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərlə maraq dairələri və gələcək planları barədə söhbət aparıb. Eyni zamanda tədrisin keyfiyyətinin artırılması istiqamətində məktəbdə görülən işlər barədə nazirə məlumat verilib.
Məktəbdə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib, onların yaradıcılıq qabiliyyətləri və əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.
Nazir həmçinin müəllim kollektivi ilə görüşərək tədrisin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıb, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.
-
Dünya06:161 milyard insan ölə bilər - Bill Qeytsdən şok xəbərdarlıq
-
ABŞ05:45Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
-
İdman05:1535 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)





























