Elm və təhsil
Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası da sözügedən siyahıya əlavə edilib.
Publika.az Trend-ə istinadən xəbər verir ki, "Daşınmaz əmlakın idarə olunması" ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli qərarı ilə təsdiq edilmiş bakalavriat ixtisaslarının təsnifatında texniki və texnoloji ixtisaslar qrupuna aid edilib.
Təsnifata əsasən, bu ixtisas qrupu isə I ixtisas qrupuna daxildir. Beləliklə, bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər I ixtisas qrupu üzrə imtahan verməlidirlər.
Bəs yeni ixtisas üzrə plan yerləri necə müəyyənləşəcək?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra DİM-ə təqdim olunur:
"DİM həmin plan yerlərini "Abituriyent" jurnalında dərc edir və qəbul prosesini buna uyğun həyata keçirir. Qeyd olunub ki, plan yerlərinin müəyyənləşdirilməsi DİM-in səlahiyyətinə aid deyil - qurum yalnız təsdiq edilmiş yerlər üzrə qəbul aparır".
Qeyd edək ki, Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar əsasən ixtisas qrupları üzrə formalaşdırılır. Hazırda ölkədə I, II, III, IV və V ixtisas qrupları mövcuddur və bu qruplar üzrə yüzlərlə ixtisas tədris olunur.
-
Dünya06:161 milyard insan ölə bilər - Bill Qeytsdən şok xəbərdarlıq
-
ABŞ05:45Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
-
İdman05:1535 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi



































